Pressa.az » Cəmiyyət » Şuşada bayram namazı qılınıb

Şuşada bayram namazı qılınıb

16 iyun 2024, Bazar günü, 09:33
Şuşada bayram namazı qılınıb

Qurban bayramı münasibətilə Şuşa şəhərində bayram namazı qılınıb.

Bu barədə Liderxeber.az xəbər verir. Bayram namazı Yuxarı Gövhər Ağa məscidində qılınıb. İlk dəfə olaraq, ibadətdə şəhərə yenicə köçürülmüş sakinlər iştirak ediblər.

Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunub.

Qeyd edək ki, indiyədək şəhərdə 126 ailə (491 nəfər) mənzillə təmin edilib.