2 milyondan çox müsəlman hacı oldu
Həcc ziyarətini yerinə yetirmək üçün müqəddəs torpağa 2 milyondan çox müsəlman gedib.
Liderxeber.az xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, müsəlmanlar gecə yarısından başlayaraq qrup halında təqribən 3,5 kilometr yol qət edərək, Cəmarətdəki şeytan daşlama sahəsindəki böyük şeytan adlandırılan “Əqəbə Cəmrəsi”nə 7 daş atıblar.
Bir çox müsəlman şeytanı daşladıqdan sonra uzun bir gəzinti ilə çatdığı Kəbədə ziyarət təvafı etdikdən sonra ehramlarını çıxarıb. Beləliklə, vəzifələrini yerinə yetirən müsəlmanlar hacı olub.
Zəvvarlardan bəziləri səhər və bayram namazlarını Kəbədə qılıb.
Oxşar Xəbərlər:
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
01 iyul 2023, Şənbə
Azərbaycan Həcc mövsümünə hazırlığı ən yaxşı yerinə yetirən ölkə kimi qiymətləndirilib
29 may 2024, Çərşənbə
Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbulu başa çatıb, ilk uçuşun vaxtı məlum olub