Pressa.az » Cəmiyyət » Hərbi hissələrdə valideyn görüşləri müvəqqəti dayandırıldı - Xəbərdarlıq

Hərbi hissələrdə valideyn görüşləri müvəqqəti dayandırıldı - Xəbərdarlıq

17 iyun 2024, Bazar ertəsi, 10:54
Hərbi hissələrdə valideyn görüşləri müvəqqəti dayandırıldı - Xəbərdarlıq

“Vətəndaşlardan daxil olan sorğuları nəzərə alaraq bildiririk ki, şəxsi heyətin təhlükəsizliyini təmin etmək və hərbi qulluqçuların yoluxucu xəstəliklərə yoluxmasının qarşısının alınması məqsədilə hərbi hissələrdə Qurban bayramı mərasimləri qapalı şəkildə keçirilir”.

Liderxeber.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, şəxsi heyətin sağlamlığını qorumaq məqsədilə valideynlər, ictimaiyyət və media nümayəndələrinin bayram tədbirlərində iştirakı məhdudlaşdırılıb, valideynlərlə görüşlər qadağan edilib:

“Qeyd olunanları nəzərə alaraq vətəndaşlardan bu qərarı anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik”.