Pressa.az » Cəmiyyət » Bəzi yerlərdə mal əti ucuzlaşdı: Kiloqramı 9 manata satılır

Bəzi yerlərdə mal əti ucuzlaşdı: Kiloqramı 9 manata satılır

19 iyun 2024, Çərşənbə, 10:21
Bəzi yerlərdə mal əti ucuzlaşdı: Kiloqramı 9 manata satılır

Şəmkirdə mal əti ucuzlaşıb.

Liderxeber.az-ın məlumatına görə, rayonda ətin kiloqramı 11-12 manatdır. Zəyəm qəsəbəsində fəaliyyət göstərən ət dükanları isə ətin kiloqramını 11, 10, hətta 9 manata satırlar. Əvvəllər isə bu qiymət 13-14 manat olub.

Ət satışı ilə məşğul olanlar ucuzlaşmanı fərqli arqumentlərlə izah edirlər. Bəzi qəssablar ucuzlaşmanı rəqabətlə, digərləri xaricdən ətlik heyvanların çox sayda gətirilməsi ilə əlaqələndirirlər.
Ətraflı süjetdə: