Pressa.az » Cəmiyyət » Qurumdan reaksiya: ADY haqqında mediada yayılmış məlumatlar həqiqəti əks etdirmir

Qurumdan reaksiya: ADY haqqında mediada yayılmış məlumatlar həqiqəti əks etdirmir

25 iyun 2024, Çərşənbə axşamı, 17:35
Qurumdan reaksiya: ADY haqqında mediada yayılmış məlumatlar həqiqəti əks etdirmir

""Azərbaycan Dəmir Yolları" QSC tərəfindən qurumun departament rəhbərlərinə, müşavir və sədr müavinlərə xidməti istifadə üçün avtomobillər verilir".

Bu barədə Liderxeber.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Qeyd olunub ki, iddialar tam əsassızdır. "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən hər hansı bir əməkdaşa və ya kənar bir şəxsə avtomobil hədiyyə edilməyib. 

"Qeyd etmək istəyirik ki, ADY-nin avtomobil parkı mütəmadi olaraq yenilənir, departament rəhbərləri və yuxarı rəhbərlik xidməti minik avtomobilləri ilə təmin edilir" - qurumdan bildirilib.

Xatırladaq ki, bu gün xəbər portallarından birində "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmovun “ADY”nin 3 xanım əməkdaşına avtomobil hədiyyə etməsi ilə bağlı məlumat dərc olunub.