Pressa.az » Cəmiyyət » Səyahət infeksiyalarına diqqət edin

Səyahət infeksiyalarına diqqət edin

23 iyul 2024, Çərşənbə axşamı, 10:07
Səyahət infeksiyalarına diqqət edin

Səyahət zamanı keçə biləcək xəstəliklərə qarşı diqqətli olmaq lazımdır. Bunlardan ən əhəmiyyətliləri səyahətçi ishali, malyariya, sarı qızdırma və vərəm və digərləridir.

Liderxeber.az xəbər verir ki, mütəxəssislər bununla bağlı bir çox məsləhətlər verib. Bildirilib ki, təyinat yerinə uyğun lazımi peyvəndlər edilməlidir. Eyni zamanda səfərə çıxarkən yanınızda mikroblara qarşı dərmanlar götürməlisiniz. 

Səyahət etməzdən əvvəl şəxs sağlamlıq vəziyyətini nəzərdən keçirməli, öyrənməlidir. Hədəflə əlaqədar xəstəliklər haqqında, lazımlı tədbirləri almaq, profilaktika və peyvənd vəziyyətini gözdən keçirərək, lazımi dərmanları yanınızda götürməlisiniz.

Su və qida yolu ilə keçə bilən, ağcaqanad dişləməsindən yarana bilən xəstəliklər var. Bu infeksiyalar bəzən sağalmaz xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Səyahət zamanı bulaşan yoluxucu xəstəliklərin simptomları müvafiq bölgədə olarkən və ya evə qayıtdıqdan sonra ortaya çıxa bilər. Ən əhəmiyyətli əlamət həlli çətin olan və səbəb olan qızdırmadır. Dünyada hər il 300 milyon insanın malyariyaya yoluxduğuna və onlardan 650 mininin öldüyünə və bu rəqəmlərin bir çox böyük fəlakətdən daha yüksək olduğuna diqqət çəkilib.

Malyariya, xüsusilə Afrika və ətraf ölkələrə səyahətlər zamanı ağcaqanad dişləmələri nəticəsində yaranan ümumi xəstəliklərdən biridir. Malyariya yüksək hərarət tutmalarından sonra meydana gəlir. Xüsusilə Afrika ölkələrinə səfərlərdən sonra görülən qızdırmalarda, əksi sübuta yetirilənə qədər malyariya düşünülməlidir və peyvənd edilməlidir. 

Uzun müddətli təyyarə səfərlərində görülən Jetlaq, insan bədəninin saat qurşaqları arasındakı bu sürətli dəyişikliyə yetişə bilməməsi nəticəsində yaranan bir vəziyyətdir. Hərəkət tutması (nəqliyyat vasitəsi xəstəliyi), günəş yanığı, böcək sancması, ilan sancması, kəskin sağlamlıq baxımından dağ xəstəliyi və təcili xəstəliklərlə də qarşılaşa bilərik.

İnfeksiyalar araşdırılarkən tropik xəstəliklərdə və ya riskli bölgələrdə qalma müddəti nəzərə alınmalı və xəstəliklərin inkubasiya dövrləri ilə şərh edilməlidir. Tropik xəstəliklərin özünü büruzə verməsi 1 ay çəkir.

Səyahət infeksiyalarının diaqnozunun digər yoluxucu xəstəliklərdən heç bir fərqi olmadığını bildirilib. Sürətli diaqnostika üsulları ilə yanaşı, PCR və molekulyar testlər də faydalı ola bilər. Ancaq bu, digər diaqnostik üsulların istifadəsinə mane olmur. Bundan əlavə, kulturaların aparılması və xüsusilə xəstəni birləşdirərək müalicə etmək lazımdır. 

Buna görə də səfərdən qayıtdıqdan sonra orqanizminizdə hər hasnı bir narahatlıq hiss edərsəniz dərhal həkimə müraciət etməlisiniz.