Tələbə köçürüldükdən sonra təhsilhaqqı ödəyəcək
Dövlət hesabına təhsil alan tələbələrin köçürüldükdən sonra təhsilini hansı formada davam edəcəyi açıqlanıb.
Liderxeber.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ali təhsil müəssisələrinin tələbələrinin köçürülməsinə dair ən çox soruşulan suallara cavab verilərkən bildirilib.
Qeyd olunub ki, təhsil müəssisəsini, ixtisasını dəyişən tələbələr (dövlət sifarişi ilə təhsil alıb eyni ixtisas üzrə təhsil müəssisəsini, təhsilalma formasını dəyişən, akademik məzuniyyətdən qayıtdıqda əvvəllər təhsil aldığı ixtisas üzrə həmin müəssisədə kadr hazırlığı aparılmadığı halda ixtisasını dəyişən tələbələr istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.
Bu zaman tələbə təhsil alacağı tədris qrupunda təhsil alanlar üçün müvafiq ixtisas üzrə müəyyən edilən məbləğdə təhsilhaqqı ödəyir.