Pressa.az » Cəmiyyət » İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapılıb

İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapılıb

05 avqust 2024, Bazar ertəsi, 17:03
İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitlərinin qalıqları tapılıb

2022-ci ilin martın 3-də Laçın rayonunda sərhəd istiqamətində itkin düşən hərbçilərin meyitləri aşkarlanıb.

Liderxeber.az-ın xəbərinə görə, Abdullayev Firdovsi Mayis oğlu və Məmmədov Fərid Əjdər oğlunun Kəlbəcər rayonunun İstisu qəsəbəsində Yüzbulaq yaylağında meyit qalıqları aşkarlanıb.

Məlumata görə, hərbçi Abdullayev Firdovsi Mayis oğlu avqustun 8-i Gəncə şəhəri Şəhidlər xiyabanında, digər hərbçi Məmmədov Fərid Əjdər oğlu Ağdam rayonu Orta Qərvənd kəndində dəfn ediləcək.

Qeyd edək ki, 2022-ci ilin martın 3-də Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun əsgərləri – F.Məmmədovla F.Abdullayev hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən azaraq itkin düşüblər.