Pressa.az » Cəmiyyət » Ötən il Avropada təxminən 50 min insan istilərdən ölüb

Ötən il Avropada təxminən 50 min insan istilərdən ölüb

13 avqust 2024, Çərşənbə axşamı, 09:54
Ötən il Avropada təxminən 50 min insan istilərdən ölüb

2023-cü ilin iyun-oktyabr aylarında 35 Avropa ölkəsində 47,7 min insan istilər səbəbindən ölüb.

Liderxeber.az-ın məlumatına görə, bu barədə Barselona Qlobal Sağlamlıq İnstitutunun (ISGlobal) araşdırmasında deyilir.

Qeyd olunub ki, istidən Cənubi Avropanın sakinləri, yəni Yunanıstan (milyonda 393 ölüm), Bolqarıstan (229), İtaliya (209), İspaniya (175), Kipr (167) və Portuqaliya (136) zərər çəkib.

Ən çox ölüm halları isə Yunanıstan, Bolqarıstan və İtaliyada qeydə alınıb. Eyni zamanda 2023-cü ildə ölüm hallarının təxminən 57%-i (27 000) Avropa ölkələrinin ən şiddətli isti dalğalarının yaşandığı iyulun ortalarında və avqustun sonlarında baş verib.

Tədqiqatçılar istidən ölüm hallarının kişilərə nisbətən qadınlarda 55% yüksək olduğunu qeyd ediblər.