Çimərliyə getmək istəyənlərin nəzərinə!
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Liderxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti olacaq. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 26-27° isti gözlənilir.