Pressa.az » Cəmiyyət » Rusiyada 43 yaşlı azərbaycanlı öldürülüb

Rusiyada 43 yaşlı azərbaycanlı öldürülüb

14 avqust 2024, Çərşənbə, 11:52
Rusiyada 43 yaşlı azərbaycanlı öldürülüb

Rusiyanın Leninqrad vilayətinin Novosaratovka kəndində 43 yaşlı azərbaycanlı qətlə yetirilib.

Liderxeber.az-ın “47news.ru” saytına istinadən xəbərinə görə, araşdırma zamanı adı açıqlanmayan şəxsin ayağından aldığı güllə yarası nəticəsində çoxlu qanitirmədən öldüyü məlum olub.

O da bildirilib ki, onun Rusiya ərazisində qalma müddəti avqustun sonunada başa çatırdı.

Hazırda istintaq qrupu hadisənin səbəblərini araşdırır.