Pressa.az » Cəmiyyət » Bu il Azərbaycanda daimi yaşamaq üçün müraciət edənlərin sayı açıqlanıb

Bu il Azərbaycanda daimi yaşamaq üçün müraciət edənlərin sayı açıqlanıb

14 avqust 2024, Çərşənbə, 13:07
Bu il Azərbaycanda daimi yaşamaq üçün müraciət edənlərin sayı açıqlanıb

2024-cü ilin ilk altı ayı ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1487 nəfər gələn, Azərbaycandan isə 1171 nəfər gedən qeydə alınıb.

Bu barədə Liderxeber.az-a Dövlət Statistika Komitəsindən məlumat verib.

Bildirib ki, miqrasiya saldosu ölkə üzrə müsbət 316 nəfər təşkil edilib.