Cəbrayılda minaların partlayış yolu ilə zərərsizləşdirilməsi icra olunub
Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndində aşkar olunmuş minaların partlayış yolu ilə zərərsizləşdirilməsi əməliyyat yolu ilə icra olunub.
Bu barədə Liderxeber.az-ın Cəbrayıl rayonuna ezam olunmuş əməkdaşı xəbər verir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun Laçın rayonuna səfəri çərçivəsində Cəbrayıl rayonu ərazisində aparılan təmizləmə əməliyyatları ilə tanışlıq keçirilib. Qeyd edək ki, avqustun 16-da Laçın şəhərində Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçiriləcək.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
17 oktyabr 2023, Çərşənbə axşamı
Bu gün Füzuli Günüdür, şəhərin işğaldan azad olunmasından 3 il ötür