Pressa.az » Cəmiyyət » Mürsəl İbrahimov Sabunçuya rəis təyin etdi

Mürsəl İbrahimov Sabunçuya rəis təyin etdi

04 sentyabr 2024, Çərşənbə, 11:48
Mürsəl İbrahimov Sabunçuya rəis təyin etdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Sabunçu rayon idarəsinə yeni rəis təyin edilib.

Liderxeber.az-ın əldə etdiyi məlumata görə, bu barədə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov əmr imzalayıb.

Əmrə əsasən, polkovnik-leytenant Eldar Nəbiyev SHXÇDX-nin Sabunçu rayon idarəsinin rəisi vəzifəsinə təyinat alıb. Qeyd edək ki, E.Nəbiyev bu təyinatadək SHXÇDX-nin Sabunçu rayon idarəsində həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi olub.