Pressa.az » Cəmiyyət » Kartofun sağlamlığımıza faydası

Kartofun sağlamlığımıza faydası

04 dekabr 2024, Çərşənbə, 09:16
Kartofun sağlamlığımıza faydası

Kartof ən qiymətli tərəvəz növlərindən biridir. 

Liderxeber.az xəbər verir ki, bu tərəvəz tərkibindəki vitaminlər, minerallar, lif və fitokimyəvi maddələr vasitəsilə sağlamlığa bir çox fayda verir. 

Tərkibində lif, kalium, C vitamini və B6 vitamini kimi qiymətli maddələr var. Kartof toxluq hissini uzadır və tərkibindəki liflə arıqlamağa kömək edir.

Bundan əlavə, lif xolesterol və qan şəkəri səviyyələrini nəzarət altında saxlayaraq ürək xəstəliklərinin qarşısını almağa kömək edir.

Tərkibindəki liflər müxtəlif tərəvəzlərdə olan liflərdən daha çox həll olunur. Bu liflər bağırsaqlar üçün faydalı olan probiyotiklər kimi fəaliyyət göstərir. Həzm sağlamlığı üçün faydalıdır və qəbizliyin qarşısını alır.

Kartof antioksidantlarla zəngin bir tərəvəzdir. Antioksidantlar bədənə daxil olan sərbəst radikalların hüceyrələrə zərər verməsinin qarşısını alır. Kartofun müntəzəm istehlakı ürək xəstəlikləri ilə yanaşı bakterial xəstəliklər riskini azaltmağa kömək edə bilər.

Kartof kalium mənbəyidir. Kaliumla zəngin bir pəhriz qan təzyiqini aşağı salmağa, ürək sağlamlığını qorumağa və insult riskini azaltmağa kömək edir.

Kartofda olan dəmir, fosfor, kalsium, maqnezium və sink kimi elementlər sümük sağlamlığı üçün faydalıdır.

Kartof müntəzəm istehlak edildikdə bir çox xərçəng növü riskinin qarşısını almaqda faydalı ola bilər. Kartof qanda xolesterinin tərkibini aşağı salır, arterial təzyiqin tənzimlənməsinə kömək edir. 

Kartof əhəmiyyətli miqdarda lif ehtiva edir. Bu tərəvəz maddələr mübadiləsini yaxşılaşdırır, kəskin qastrit simptomlarını aradan qaldırır, eləcə də mədə turşuluğunu azaldır.

Kartof B6 vitamininin mənbəyidir. Bu vitamin uşaqlarda beynin inkişafını stimullaşdırır. Bundan başqa, kartofun tərkibindəki nişasta orqanizmə serotonin, melatonin, noradrenalin kimi yaxşı əhval-ruhiyyə və keyfiyyətli yuxu hormonlarının üzə çıxmasına kömək edir.

Kalium ilə zəngin olan kartof dərinin cavan və təravətli qalmasına kömək edir, erkən qırışların əmələ gəlməsinin qarşısını alır.