Əhalinin banklardakı əmanətləri artıb
Əhalinin banklardakı əmanətləri artıb.
Liderxeber.az Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, əhalinin banklardakı əmanətlərinin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz artaraq 2024-cü il noyabr ayının 1-nə milli valyuta ekvivalentində 14266,0 milyon manat təşkil edib.
Əmanətlərin 66,5 faizi milli, 33,5 faizi xarici valyutada qoyulub.
Xarici valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz, milli valyutada olan əmanətlərin məbləği isə 16,5 faiz artıb.