Toydanöncəki prosedurların dəyişdirilməsi təklif edilir
"Toydan öncə olan prosedurları dəyişməliyik. Ailədə ortaq mülkiyyət anlayışı formalaşmalıdır".
Liderxeber.az xəbər verir ki, bunu Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov Azərbaycan Din Xadimlərinin Forumunda "Qadın hüquqlarının həyata keçirilməsində din amilinin rolu" mövzusunda panel müzakirəsində deyib.
Onun sözlərinə görə, bir çox hallarda qadınlar boşandıqdan sonra ata evinə qayıdırlar və övladları ilə birgə ortada qalırlar:
"Buna görə də ailədə ortaq mülkiyyət anlayışı formalaşmalıdır. Nikah müqavilələrinin məcburi qaydada bağlanılmasının tərəfdarıyıq. Adətlərimizdə olan boşluqları marifləndirmə yolu ilə aradan qaldırmalıyıq.
Ailə mübahisələrinin həllində din xadimlərinin rolundan istifadə edə bilərik".
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
02 sentyabr 2024, Bazar ertəsi
Mediasiya proseslərinin rəqəmsallaşdırılması istiqamətində işlər tamamlanıb
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM