Qazaxıstanlı həkimdən təyyarə qəzasında yaralananların vəziyyəti barədə AÇIQLAMA
"12:00-dan sonra xəstəxanamıza təyyarə qəzasında yaralanan 27 nəfər daxil olub. Onların 14-ü Azərbaycan vətəndaşlarıdır".
Liderxeber.az xəbər verir ki, bunu Azərbaycan Televiziyasına təyyarə qəzası nəticəsində xəsarət alanların müalicə olunduğu Manqistau vilayət xəstəxanasının şöbə müdiri Janan Bayramova bildirib.
Onun sözlərinə görə, 27 nəfərdən 11-i Ümumi Reanimasiya Mərkəzinə aparılıb. "Onların vəziyyəti ağır və həddən artıq ağırdır. Həmin xəstələrə reanimatoloqlar, cərrahlar, travmotoloqlar və neyrocərrahlar nəzarət edirlər", - deyə həkim qeyd edib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
09 sentyabr 2023, Şənbə
Fizioterapevt: Azərbaycanda fizioterapiya və tibbi reabilitasiya ixtisası təkmilləşdirilir
25 dekabr 2024, Çərşənbə
Prezident tapşırıq verdi: Qəzada həlak olan və xəsarət alanların ailələrinə yardım göstəriləcək