Aviaqəzada həlak olanlardan ikisi qusarlı bacı-qardaşdır
AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanlardan iki nəfəri Qusar rayon sakinidir.
Liderxeber.az-ın məlumatına görə, bunlar Suduroba kənd sakinləri - bacı-qardaş, 2002-ci il təvəllüdlü Əli Mirzəbəy oğlu və 2005-ci il təvəllüdlü Xədicə Mirzəbəy qızı Əlimirzəyevlərdir.
Faktı Qusar Rayon İcra Hakimiyyətindən də təsdiqləyblər.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.