Universitetlərə qəbulda keçid balları artacaq?
Hər il ali məktəblərə qəbul imtahanları üzrə keçid ballarında dəyişikliklər olur. Ballar ya azalır, ya da artır. Bəs bu illə bağlı proqnozlar necədir, ciddi dəyişikliklər gözlənilirmi?
Liderxeber.az xəbər verir ki, təhsil məsələləri üzrə mütəxəssis Vüsal Kərimli mövzunu şərh edib. Bildirib ki, yerlərin sayının artırılması nəzərdə tutulsa da, bu il keçiriləcək qəbul imtahanlarında balların enməsi gözlənilmir.
Onun sözlərinə görə, 2026-cı ilə qədər hədəflənən rəqəmə çatmaq üçün tələbə sayı xeyli artırılmalıdır. Ötən ilin statistikasına nəzər saldıqda bu il qəbul yerlərinin sayının 5-8 min arası artacağı proqnozlaşdırılır.
Təhsil üzrə mütəxəssis vurğulayıb ki, keçid balları enməsə də, qəbul suallarının ötən illərə nisbətən asan salınacağı gözlənilir. Bu səbəbdən də qəbul faizi yüksək ola bilər.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM