Ombudsmanın Çağrı Mərkəzi bayram günlərində də fəaliyyətini fasiləsiz davam etdirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “916” Çağrı Mərkəzi bayram günlərində də fəaliyyətini fasiləsiz davam etdirib.
Liderxeber.az xəbər verir ki, müraciətlər 2024-cü il 29 dekabr tarixindən 2025-ci il 5 yanvar tarixinədək Çağrı Mərkəzi vasitəsi ilə qəbul edilib. Daxil olmuş müraciətlər əsasən Ombudsmanın Milli Preventiv Mexanizm mandatına aid olan məsələlər, o cümlədən qanunsuz saxlama, şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə müayinə və müalicəsinin təşkili, saxlanılan şəxslə görüşün təşkili, saxlanılan şəxs barəsində yaxınlarına məlumat verilməməsi ilə bağlı olub. Həmin məsələlər dərhal müvafiq qurumlar qarşısında qaldırılmaqla araşdırılıb və vətəndaşların müraciətləri təmin edilib.
Oxşar Xəbərlər:

25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

03 aprel 2024, Çərşənbə
Azərbaycanda qəbulu test imtahanı ilə aparılacaq dövlət qulluğu vəzifələrinin sayı artırılıb