Pressa.az » Cəmiyyət » Vüqar Həşimovun atası vəfat edib

Vüqar Həşimovun atası vəfat edib

08 yanvar 2025, Çərşənbə, 14:42
Vüqar Həşimovun atası vəfat edib

Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun atası Qasım Həşimov vəfat edib.

Bu barədə Liderxeber.az-a Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

O, xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, 1949-cu il təvəllüdlü Qasım Həşimov Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi nəticəsində xəsarət almışdı. Hadisə zamanı V.Həşimovun anası, 1959-cu il təvəllüdlü Aida Həşimova da xəsarət alıb.