Kamran Əliyev: "Təyyarə qəzası ilə bağlı üç ölkə özünə aid sübutları toplayır"
"Qazaxıstanda baş vermiş təyyarə qəzası ilə bağlı aidiyyəti qurumlar tərəfindən cinayət işi başlanıb".
Liderxeber.az xəbər verir ki, bunu Azərbaycanın baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Qazaxıstan və Rusiyanın aidiyyəti qurumları, hüquq-mühafizə orqanları ilə bununla bağlı birgə araşdırmalar aparılır:
"Məlumatıma görə, bu faktla bağlı Rusiya, Qazaxıstan və Rusiyada cinayət işləri başlanıb. Bu faktla bağlı üç ölkə özünə aid sübutları toplayır. Sonradan bu sübutların birgə təhlil edilməsi, təqsirli şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görüləcək.
Rusiyanın İstintaq Komitəsi, Baş Prokurorluq tərəfindən bu istiqamətdə müvafiq istintaq hərəkətləri aparılır".
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM