Sabahdan azərbaycanlı zəvvarların Həcc ziyarətinə sənəd qəbulu başlayacaq

Sabahdan azərbaycanlı zəvvarların Həcc ziyarətinə sənəd qəbulu başlayacaq.
Bu barədə Liderxeber.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib.
Sənədlərin qəbulu 21 yanvar 2025-ci ildən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.
Qeyd edilir ki, yerlər məhduddur. Ötən illərlə müqayisədə kvotanın az olması gözlənilir.
Azərbaycanlı zəvvarların Həcc ziyarətinə mayın sonlarında yola düşəcəyi gözlənilir.
Oxşar Xəbərlər:

07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

29 may 2024, Çərşənbə
Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbulu başa çatıb, ilk uçuşun vaxtı məlum olub