Tanınmış ekspert həbs edildi
İnformasiya və kommunikasiya texnologiyaları üzrə ekspert İlqar Əliyev həbs edilib.
Liderxeber.az-ın məlumatına görə, bununla bağlı İKT üzrə mütəxəssis Osman Gündüz paylaşım edib. O, işin təfərrüatı ilə bağlı əlavə məlumat verməsə də, şəxsin ittihamı qəbul etmədiyini yazıb.
Əldə etdiyimiz məlumata görə, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də “İnformasiya texnologiyaları” departamentinin müdiri, banklardan birində müşavir işləmiş İlqar Əliyev külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilib.
İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə araşdırılıb.
Ekspert məhkənin qərarı ilə 4 il azadlıqdan məhrum edilib.
Oxşar Xəbərlər:
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
05 avqust 2024, Bazar ertəsi
Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin məhv edilməsini həyata keçirəcək komissiyalar müəyyənləşib
26 dekabr 2023, Çərşənbə axşamı
Peşə məktəbləri üçün dərsliklərin hazırlanması qaydası təsdiq edilib
