Birinci Qarabağ müharibəsinin daha üç şəhidi dəfn olunacaq

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha üç şəhid dəfn olunacaq.
Liderxeber.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Dəfn olunacaq şəhidlərdən üçü də hərbçidir.
Fevralın 7-də hərbçilər Tərlan Fikrət oğlu Məmmədov Yevlax şəhəri Şəhidlər xiyabanında, Müşfiq İbrahim oğlu Quliyev Cəbrayıl rayonu Horovlu kənd qəbiristanlığında, Elşən Qubad oğlu isə Tağıyev Salyan rayonu Seyidsadıqlı kənd qəbiristanlığında dəfn olunacaqlar.
Oxşar Xəbərlər:

02 oktyabr 2024, Çərşənbə
İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb - TAM MƏTN

30 aprel 2024, Çərşənbə axşamı
Dövlət Komissiyası itkin düşmüş 73 nəfərin şəxsiyyətini, basdırıldığı yerləri müəyyənləşdirib