Ali məktəblərə qəbul imtahanlarında iştirak üçün qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyat başlayıb.
Liderxeber.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulunun I mərhələsi 20 fevral-5 mart 2025-ci il tarixləri arasında aparılacaq.
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlərin qeydiyyatı da 20 fevral-5 mart 2025-ci il tarixləri arasında həyata keçiriləcək.
Qeyd edək ki, ali məktəblərə qəbulun I mərhələsi hesab olunan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 2-9 mart 2025-ci il tarixlərində keçiriləcək.
Oxşar Xəbərlər:

09 iyun 2024, Bazar günü
I ixtisas qrupu üzrə informatika, III ixtisas qrupu üzrə coğrafiya fənləri üzrə əlavə imtahan keçirilib - YENİLƏNİB

30 mart 2023, Cümə axşamı
DİM-in aprelin 2-də keçiriləcək imtahanlarında 27 mindən çox abituriyent iştirak edəcək