Daha 33 ailə doğma Cəbrayıl şəhərinə yola salınır
Bu gün Cəbrayıl şəhərinə növbəti köç yola salınır.
Liderxeber.az xəbər verir ki, bu dəfə ümumilikdə 33 ailə (183 nəfər) Cəbrayıla köçürülür.
Bakı şəhərindən – 21 ailə (120 nəfər), Sumqayıt şəhərindən – 3 ailə (16 nəfər), Abşeron rayonundan – 3 ailə (13 nəfər), Biləsuvar rayonundan – 2 ailə (11 nəfər), Xaçmaz rayonundan – 1 ailə (7 nəfər), Gəncə şəhərindən – 1 ailə (6 nəfər), Füzuli rayonundan 1 ailə (6 nəfər) və Şabran rayonundan – 1 ailə (4 nəfər) Cəbrayıla yola salınır.
Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Cəbrayıl şəhərinə cəmi 512 ailə (2293 nəfər) köçürülmüş olur.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
26 dekabr 2023, Çərşənbə axşamı
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaş qəbulu CƏDVƏLİ
