Yaşa dolduqca yuxunu yaxşılaşdırmağın yolu tapıldı

Alimlər müəyyən ediblər ki, mavi işıq bədənin təbii bioritmlərinə müsbət təsir göstərərək, evdə yaşayan yaşlı insanlarda yuxunun keyfiyyətini yaxşılaşdırır.
Pressa.az xəbər verir ki, müvafiq araşdırma "GeroSience" jurnalında dərc olunub.
Məlum olduğu kimi insanlar yaşa dolduqca doyunca yatmaqda çətinlik çəkirlər. Onlar gecə vaxtı tez-tez yuxudan oyanırlar, gündüz vaxtı isə yorğunluq güclənir.
Bu dəyişikliklərin səbəblərindən biri odur ki, yaşlandıqca gözlər yuxunun tənzimlənməsində vacib rol oynayan işığın qəbulunda daha az effektiv olurlar.
Alimlər müxtəlif işıq növlərinin yuxuya təsirini öyrəniblər. Araşdırmanın nəticələri göstərib ki, səhər saatlarında mavi işıqdan istifadə gündüz aktivliyin və yuxunun yaxşılaşmasına kömək edir.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

07 dekabr 2024, Şənbə
Həftənin bazar ertəsi günü miokard infarktı ola bilərsiniz: Səhər saatları niyə təhlükəlidir?

23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO