Pressa.az » Dünya » İlon Mask “WhatsApp”a etibar etmir

İlon Mask “WhatsApp”a etibar etmir

10 may 2023, Çərşənbə, 09:07
İlon Mask  “WhatsApp”a etibar etmir

Amerikalı biznesmen və “Twitter”in sahibi İlon Mask bildirib ki, “WhatsApp” mesencerinə etibar etmək olmaz.

Bu barədə o, özünün “Twitter” səhifəsində yazıb.

O, istifadəçilərdən birinin yatarkən “WhatsApp” proqramının mikrofondan dəfələrlə istifadə etdiyi barədə xəbərinə cavab verib.

Biznesmen həmçinin əlavə edib ki, “WhatsApp”ın tərtibatçıları mesencerdə edilən dəyişikliklərə görə “Meta”dan ayrılıblar.