Pakistanda aeroport yaxınlığında partlayış olub

Pakistanın Lahor şəhərində bir neçə partlayış baş verib.
Liderxeber.az xəbər verir ki, bu barədə məlumatı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən “Samaa TV” telekanalı yayıb.
Bildirilib ki, partlayışlar Uolton hava limanı yaxınlığında qeydə alınıb.
Telekanalın mənbəsinin sözlərinə görə, ərazidə Hindistana məxsus kəşfiyyat üçün istifadə olunan pilotsuz uçuş aparatı zərərsizləşdirilib.
Xatırladaq ki, Hindistan mayın 7-nə keçən gecə Pakistanda “terror infrastrukturu”na qarşı “Sindur” əməliyyatına başladığını elan edib və ölkə ərazisinə zərbələr endirib. Pakistan isə buna Hindistan ərazisindəki hədəflərə zərbələr endirməklə cavab verib.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

03 fevral 2025, Bazar ertəsi
DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6-sı həbs edilib

05 may 2025, Bazar ertəsi
Erməni terrorçular yenidən aktivləşirlər? - Rəsmi İrəvan tarixdən dərs almalıdır