12 ölkənin vətəndaşlarına ABŞ-yə giriş qadağan edildi

ABŞ Prezidenti Donald Tramp 12 ölkənin vətəndaşlarına milli təhlükəsizliyə təhdid səbəbilə Birləşmiş Ştatlara daxil olmağına qadağa qoyub.
Liderxeber.az xəbər verir ki, Donald Trampın imzaladığı sənəd Ağ Evin rəsmi saytında dərc olunub.
Tam giriş qadağası Əfqanıstan, Birma, Çad, Konqo, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarına şamil olunur.
Bundan əlavə, Burundi, Kuba, Laos, Syerra-Leone, Toqo, Türkmənistan və Venesuela vətəndaşlarının ABŞ-yə girişinə qismən məhdudiyyətlər tətbiq edilib.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

06 noyabr 2024, Çərşənbə
Tarixi seçkilər başa çatdı: ABŞ-nin 47-ci prezidenti Donald Trampın vədləri nələrdir?