İsrailin Natanz nüvə obyektinə hücumundan sonra radiasiya sızması aşkar edilməyib

İsrailin İranın Natanz nüvə obyektinə hücumundan sonra radiasiya sızması aşkar edilməyib.
Liderxeber.az xəbər verir ki, bu barədə İran televiziyası məlumat yayıb.
İsfahan əyalətinin qubernatorluğunun təhlükəsizlik və hüquq-mühafizə orqanlarının rəis müavini Əkbər Salehi Natanz obyektinə edilən hər iki hücumu təsdiqləyib və bildirib ki, hazırda heç bir problem yoxdur və nüvə çirklənməsi ilə bağlı məlumat daxil olmayıb.
Qeyd edək ki, İsrailin hava zərbələri nəticəsində İranın Atom Enerjisi Təşkilatının rəhbəri Fereydun Abbasi və İslami Azad Universitetinin prezidenti Məhəmməd Mehdi Tehrançi ölüb.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

13 iyun 2025, Cümə
İsrailin zərbələri nəticəsində İranın Baş Qərargah rəisi və “SEPAH”ın komandanı ölüb - YENİLƏNİB

08 yanvar 2025, Çərşənbə
Prezident İlham Əliyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibini qəbul edib - YENİLƏNİB