İsrail İranın Kərəc şəhərinə raket zərbələri endirib

İsrail Tehranın yaxınlığında yerləşən Kərəc şəhərinə bir neçə raket zərbəsi endirib.
Liderxrber.az-ın xəbərinə görə, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Hələlik İran rəsmiləri hücumun nəticələri haqqında məlumat verməyiblər.
İran üzərində hava üstünlüyünü əldə etmək məqsədi ilə İsrail ordusu İranın qərbi, şərqi və mərkəzi hissəsindəki altı aerodroma hücum edib.
Liderxeber.az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) məlumat verib.
"Bu zərbələr nəticəsində uçuş-enmə zolaqları, yeraltı obyektlər və yanacaqdolduran təyyarə zədələnib. Pilotsuz təyyarələr İran rejiminə məxsus 15 döyüş təyyarəsi və helikopterini məhv edib", - SAXAL-ın məlumatında qeyd olunub.
Öz növbəsində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ötən gün İsrailin Yəzd vilayətində iki hərbi mərkəzə hücumu nəticəsində ölənlərin sayının 10 nəfərə çatdığını bildirib.