ABŞ kəşfiyyatının ilkin təhlili: "İranın nüvə obyektləri məhv edilməyib"

ABŞ kəşfiyyatının ilkin qiymətləndirməsinə əsasən, iyunun 22-də İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə endirilmiş zərbələr ölkənin nüvə proqramının əsas komponentlərini məhv etməyib.
Liderxeber.az-ın xəbərinə görə, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Ehtimal olunur ki, Vaşinqtonun hücumu İranın nüvə proqramını yalnız bir neçə ay geri salıb.
Qeyd olunur ki, İranın nüvə obyektlərinə dəyən zərər və hücumun ölkənin nüvə proqramına təsirinin təhlili davam edir.
Gələcəkdə yeni kəşfiyyat məlumatları daxil olduqdan sonra qiymətləndirmənin dəyişəcəyi istisna olunmur.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

23 iyun 2025, Bazar ertəsi
ABŞ-nin zərbələri İrandakı zənginləşdirilmiş uran ehtiyatlarına təsir etməyib

30 may 2023, Çərşənbə axşamı
Kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin ehtiyatını təşkil edən dairə dəqiqləşdirilir

21 fevral 2025, Cümə
Azərbaycanın media resurslarına kiberhücum: İranı hədəf göstərmək kimlərə sərf edir?