Hindistanda fil izdihama hücum etdi

Hindistanda fil festival çərçivəsindəki küçə yürüşü zamanı izdihama hücum edib.
Liderxeber.az "Daily Mail"ə istinadən xəbər verir ki, Əhmədabad şəhərində hər il keçirilən "Rath Yatra" festivalı zamanı yürüşdə iştirak edən fillərdən biri qəfildən izdihamın üzərinə yeriyib.
Məlumata görə, bir neçə nəfər yıxılaraq heyvanın pəncələri altında qalıb.
Yerli zooparkın əməkdaşları bildiriblər ki, müəyyən edilmiş protokola uyğun olaraq, filə dərhal sakitləşdirici vurulub.
Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb və təşkilatçılar tez bir zamanda asayişi bərpa ediblər.