“Suriya döyüşməyə hazırdır” - Əhməd Əl Şaraa

“Suriya xalqı müharibədən qorxmur”.
Liderxeber.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa xalqa müraciətində deyib.
O, Suriya Silahlı Qüvvələrinin döyüşməyə hazır olduğunu və Suriya üçün vətəndaşlarının və onların hüquqlarının müdafiəsinin prioritet olduğunu bildirib.
Xatırladaq ki, İsrail Suriya ordusunun Dəməşqdəki Baş Qərargahına hava zərbəsi endirib. Suriya Səhiyyə Nazirliyi hava zərbələri nəticəsində azı 13 nəfərin yaralandığını açıqlayıb.
Həmçinin İsrail ordusu Suriya ilə sərhəd bölgəsindəki bölmələrini gücləndirəcəyini açıqlayıb.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

24 dekabr 2024, Çərşənbə axşamı
Suriyada Türkiyəyə beynəlxalq etimad – 24 ildən sonra Dəməşqə daha bir fürsət

09 oktyabr 2024, Çərşənbə
Hadrutun işğaldan azad olunmasından dörd il ötür - "Qeyri-bərabər döyüşdə düşməni darmadağın etdik"