Pressa.az » Dünya » İraqda 5 gün əvvəl açılan hipermarketdə güclü yanğın - 50 ölü

İraqda 5 gün əvvəl açılan hipermarketdə güclü yanğın - 50 ölü

17 iyul 2025, Cümə axşamı, 10:55
İraqda 5 gün əvvəl açılan hipermarketdə güclü yanğın - 50 ölü

İraqın Vasit əyalətinin Kut şəhərində hipermarketdə güclü yanğın baş verib.

Liderxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 50 nəfər ölüb, yaralananların sayı isə bəlli deyil.

Yanğın hipermarketin birinci mərtəbəsində başlayıb, daha sonra isə 5-ci mərtəbəyə qədər yayılıb.

Yanğının baş vermə səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma başladılıb, nəticələri 48 saat ərzində açıqlanacaq.

Bildirilib ki, yanğın baş verən hipermarket 5 gün əvvəl açılıb.

Qeyd edək ki, hadisə ilə bağlı ölkədə üçgünlük matəm elan olunub.