Rusiyaya qarşı 18-ci sanksiyalar paketi təsdiqləndi

Aİ səfirləri iki ay davam edən müzakirələrdən sonra Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
Liderxeber.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, 18-ci sanksiya paketi təsdiqlənib. Sadəcə paket Aİ Şurası tərəfindən yazılı prosedurla rəsmi şəkildə təsdiqlənməlidir, bundan sonra sanksiyalar qüvvəyə minəcək.
Qeyd olunub ki, 18-ci paketə fiziki və hüquqi şəxslərin “qara siyahı”sının genişləndirilməsi, Rusiya neftini daşıyan tankerlərə qarşı, həmçinin bir sıra banklara məhdudiyyətlər, eləcə də ikili təyinatlı mal və texnologiyalara yeni ixrac məhdudiyyətləri daxildir.
Oxşar Xəbərlər:
09 yan 2025, 15:53
14 may 2025, 11:14
16 may 2025, 09:00