Suriyanın keçid dövrü prezidenti Əs-Süveydada atəşkəs elan etdi

Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa silahlılarla druz dağ özünümüdafiə qüvvələri arasında toqquşmaların baş verdiyi Əs-Süveyda əyalətində dərhal atəşkəs rejiminin tətbiq olunduğunu elan edib.
Liderxeber.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə prezidentin mətbuat xidmətindən məlumat verilib.
"Ölkənin düşdüyü çətin vəziyyəti nəzərə alaraq, suriyalıların həyatını xilas etmək, Suriyanın ərazi bütövlüyünü və xalqının təhlükəsizliyini qorumaq, həmçinin milli maraqları və humanitar mülahizələri rəhbər tutaraq, Suriya Ərəb Respublikasının prezidenti dərhal və hərtərəfli atəşkəs elan edir", - deyə məlumatda bildirilib.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

24 dekabr 2024, Çərşənbə axşamı
Suriyada Türkiyəyə beynəlxalq etimad – 24 ildən sonra Dəməşqə daha bir fürsət