“Bakı Moskvanı beynəlxalq məhkəməyə versə, rəsmi hökmləri gözləyəcəyik”

“Faktla bağlı istintaq hərəkətləri aparılır, araşdırma gedir. Əgər Azərbaycan Aktau yaxınlığında təyyarə qəzası ilə bağlı Rusiya Federasiyasına qarşı beynəlxalq məhkəmə instansiyalarında iddia qaldırsa, Moskva rəsmi hökmləri gözləyəcək”.
Liderxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə söyləyib.
Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 19-u Xankəndidə III Şuşa Qlobal Media Forumunda bildirib ki, Azərbaycan AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsi ilə bağlı beynəlxalq ədliyyə sisteminə müraciət edəcək və Rusiya tərəfi artıq bununla bağlı məlumatlandırılıb.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

18 aprel 2024, Cümə axşamı
Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub göndərib

13 mart 2025, Cümə axşamı
“Bu, Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi rolunu gücləndirəcək”