Pressa.az » Dünya » "Telegram" istifadəçilərin yaşını yoxlamağa başlayıb

"Telegram" istifadəçilərin yaşını yoxlamağa başlayıb

28 iyul 2025, Bazar ertəsi, 09:19
"Telegram" istifadəçilərin yaşını yoxlamağa başlayıb

"Telegram" mesencerində üz tanıma texnologiyasından istifadə edərək istifadəçilərin yaşını təsdiqləyən rəsmi bot fəaliyyətə başlayıb.

Liderxeber.az xəbər verir ki, bu barədə "Durova Code" portalı məlumat yayıb.

Yeni funksiya hələlik yalnız Böyük Britaniyada əlçatandır və yerli qanunvericiliyin tələblərinə cavab verir. Botun təsvirində qeyd olunur ki, istifadəçi şəkilləri və digər məlumatlar yalnız cihazda emal olunur və heç bir halda xarici serverlərə ötürülmür.

Qeyd edək ki, iyulun 25-dən etibarən Böyük Britaniyada onlayn platformalara yetkinlik yaşına çatmayan istifadəçiləri zərərli məzmundan qorumağı məcburi edən yeni qaydalar qüvvəyə minib.