Pressa.az » Dünya » ABŞ-nin dövlət borcu rekord həddə çatıb

ABŞ-nin dövlət borcu rekord həddə çatıb

13 avqust 2025, Çərşənbə, 09:00
ABŞ-nin dövlət borcu rekord həddə çatıb

ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə olaraq 37 trilyon dollar həddini keçib.

Liderxeber.az-ın xəbərinə görə, bunu ABŞ Maliyyə Nazirliyinin məlumatları sübut edir.

Nazirliyin saytında verilən məlumata görə, 37 004 817 625 842.56 ABŞ dolları 11 avqust 2025-ci il tarixinə ödənilməmiş dövlət borcunun ümumi məbləğidir.

Bildirildiyinə görə, 2024-cü ilin noyabrında ABŞ-nin dövlət borcu 36 trilyon dollar həddini keçib. Üstəlik, 2024-cü ilin iyulunda isə bu göstərici 35 trilyon dollar həddinə çatıb.