“Yollar açılarkən rusiyalı sərhədçilərin mövcudluğu nəzərə alınmalıdır”

“Ermənistanın Sünik vilayəti üzərindən kommunikasiya xətlərinin açılması zamanı rusiyalı sərhədçilərin mövcudluğu nəzərə alınmalıdır”.
Liderxeber.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in nümayəndəsi Aleksey Fadeev danışıb.
Fadeev qeyd edib ki, “Trump yolu”na (Zəngəzur yolu – red.) gəldikdə, Rusiya XİN layihənin detallarını öyrəndikdən sonra məsələ ilə bağlı öz mövqeyini bildirəcək:
“Əvvəllər dediyimiz kimi, regiondankənar qüvvələrin Cənubi Qafqaza cəlb edilməsi yeni problemlər və bölücü xətlər yaratmalı deyil, sülh gündəmini təşviq etməlidir. Həmçinin bildirmişik ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqında üzvlüyü və Sünik vilayətində rusiyalı sərhədçilərin olmasını nəzərə almaq lazımdır. Hesab edirik ki, layihənin detalları hazırlanarkən bunlar nəzərə alınmalıdır”.
Onun sözlərinə görə, Rusiya 2020-22-ci illərdə imzalanan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarını aktual hesab edir, çünki tərəflərdən heç biri bu bəyanatlardan çıxdığını elan etməyib.
Oxşar Xəbərlər:


