Pressa.az » Dünya » Paşinyanın xarici səfərlərinə əlavə 100 min ayrıldı

Paşinyanın xarici səfərlərinə əlavə 100 min ayrıldı

14 avqust 2025, Cümə axşamı, 12:07
Paşinyanın xarici səfərlərinə əlavə 100 min ayrıldı

Ermənistan Xarici İşlər Nazirliyinin Protokol xidməti ölkənin Baş naziri Nikol Paşinyanın nümayəndə heyətinin xarici səfərlərinin təşkili üçün əlavə 40 milyon dram (100 min dollardan bir qədər çox) əldə edəcək.

Liderxeber.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin bu gün keçirilən iclasında qərar qəbul edilib. 

Bununla belə, sənəddə əlavə vəsaitlərin ayrılmasının xarici səfərlərin sayının artması ilə əlaqəli olub-olmadığı qeyd edilməyib.