Pressa.az » Dünya » Latviya Belarus və Rusiya ilə hava sərhədini bağlayır

Latviya Belarus və Rusiya ilə hava sərhədini bağlayır

11 sentyabr 2025, Cümə axşamı, 17:00
Latviya Belarus və Rusiya ilə hava sərhədini bağlayır

Latviya bu gündən etibarən (11 sentyabr) Belarus və Rusiya ilə hava sərhədini bağlayır.

Liderxeber.az "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə Latviyanın müdafiə naziri Andris Spruds mətbuat konfransında bildirib.

O, bu gün saat 18:00-dan etibarən şərq sərhədi üzərində uçuşlar ən azı bir həftə müddətinə qadağan olunacağını vurğulayıb.

Latviya Müdafiə Nazirliyi qeyd edib ki, Polşanın hava məkanın Rusiya tərəfindən pozulması elə NATO-nun hava məkanının açıq şəkildə pozulması deməkdir və Latviya buna uyğun hərəkət etməlidir.

"Hazırda Latviya üçün birbaşa təhlükə olmasa da, qabaqlayıcı tədbirlərə ehtiyac var", - deyə Latviyanın müdafiə naziri qeyd edib.

Məlumat üçün əlavə edək ki, Polşa sentyabrın 12-dən etibarən Belarusla sərhəddə bütün sərhəd keçid məntəqələrinin bağlanacağını bəyan edib.