Ukrayna ordusu Rusiyanın hərbi birləşməsini zərərsizləşdirib
Ukrayna hərbçiləri Rusiya Federasiyasının 20-ci Əlahiddə Ümumqoşun Ordusunun Luqansk vilayətinin Kremennaya rayonunda yerləşən diviziyasına hücum edib.
LiderXəbər xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.
Rusiya mənbələri qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının 20-ci Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-mayor Suhrab Əhmədovun gəlişini gözlədiyi anda hücuma keçib.
Onlar HIMARS-ın zərbəsi nəticəsində 100-ə yaxın rusiyalı hərbçinin həlak olduğunu, daha 100 nəfərin yaralandığını bildiriblər.