Madurodan bəyanat: Venesuelanı ABŞ-dən qorumaq üçün beynəlxalq briqadalar yaradılacaq
Venesuela Prezidenti Nikolas Maduro respublikanı ABŞ-dən qorumaq üçün beynəlxalq briqadaların yaradıladcağını bəyan edib.
Liderxeber.az-ın Venesuelanın "Venezolana de Television" (VTV) dövlət televiziyasına istinadən xəbərinə görə, bu barədə Maduro Karakasda ABŞ ilə münasibətlərin gərginləşməsinin müzakirəsinə həsr olunmuş beynəlxalq sammitin bağlanışında bildirib.
Onun sözlərinə görə, artıq "müstəqillik, suverenlik və sülh" uğrunda mübarizə aparmağa hazır olan ilk könüllülər briqadalara yazılmağa başlayıb.
"Sosial şəbəkələrdə gördüyüm videolarda bir çox insan - ictimai xadimlər, gənc liderlər, qadın liderlər və həmkarlar ittifaqı liderləri beynəlxalq briqadalara yazıldıqlarını elan edirlər", - deyə Maduro qeyd edib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
03 iyul 2024, Çərşənbə
Astanada Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub
30 may 2024, Cümə axşamı
Aİ-dən 150-dən çox ailəyə hörmətsizlik - əfv sərəncamına kölgə salmaq cəhdi - ŞƏRH

