Pressa.az » Dünya » Hindistanda torpaq sürüşməsi baş verib, azı 5 nəfər ölüb

Hindistanda torpaq sürüşməsi baş verib, azı 5 nəfər ölüb

20 iyul 2023, Cümə axşamı, 10:33
Hindistanda torpaq sürüşməsi baş verib, azı 5 nəfər ölüb

Hindistanın Maharaştra ştatında baş verən torpaq sürüşməsi nəticəsində azı 5 nəfər ölüb, 30-dan çox sakin dağıntılar altında qalıb.

Liderxəbər TASS-a istinadən xəbər verir ki, bu barədə yerli NDTV telekanalı məlumat yayıb.

Dağıntılar altından 75 nəfərin xilas edildiyi bildirilir.

Xilasetmə əməliyyatına Mumbaydan, eləcə də ştatın digər şəhərlərindən əlavə qüvvələr cəlb edilib.