Pressa.az » Dünya » İraqda yol qəzasında azı 18 nəfər həlak olub

İraqda yol qəzasında azı 18 nəfər həlak olub

02 sentyabr 2023, Şənbə, 15:00
İraqda yol qəzasında azı 18 nəfər həlak olub

Bağdadın şimalında baş verən yol qəzasında əksəriyyəti iranlı zəvvarlar olmaqla azı 18 nəfər ölüb.

Liderxəbər xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) xəstəxanadakı mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, cümə günü gecə yarısına az qalmış iki mikroavtobus toqquşub. Ölənlər arasında 14 nəfər İran vətəndaşı var. Daha 15 nəfər yaralanıb.